Datacity Karyera təlimi

Karyera Təlimi

Təlimçilər: Əsəd Babayev, Vüsal İsayev, Bahar Mahmudlu
  • 1 ay

“Data Science Karyera” təlimi 

Bu təlimə qoşulan şəxslər Data Elmi və Analitikası sahələrində ən ideal “yol xəritəsi” (roadmap) və karyera dəstəyi ilə bu sahələrdə dəqiq hədəfə yönələcək və təlimi mənimsəyərək ilk karyerasına başlamaq üçün artıq çox gözləməyəcəklər.

Araşdırmalara əsasən, “Data Science” sahəsi ilə bağlı müəyyən biliklərə sahib olan, lakin əmək bazarının tələblərinə cavab verə bilməyən Data həvəskarlarının sayı kifayət qədər çoxdur. Bu isə həmin şəxslərin praktiki biliklərinin yetərincə olmamasından və düzgün karyera planlamasından istifadə etməməsindən irəli gəlir. “Data Science Karyera” təlimi  isə məhz həmin qrup insanların karyera hədəfli inkişafına fokuslanmışdır. 

Bu təlimə qoşulan şəxslər inkişaf etdirməli olduqları cari biliklərini müəyyənləşdirərək daha da təkmilləşdirəcək, praktiki layihələr üzrə işləyərək real təcrübə qazanacaq və təklif edilən bir sıra karyera dəstəyindən yararlanaraq “Data Science” və “Data  Analytics” üzrə peşəkar olma hədəflərini reallığa çevirəcəklər.

Təlimdə kimlər iştirak edə bilər?

Təlimdə Data Elmi və Data Analitikası üzrə peşəkar karyera hədəfləyən və aşağıdakı sahələr üzrə yetəri səviyyədə bilikləri olan öyrənməyə həvəsli şəxslər iştirak edə bilər:

  • Analitik qabiliyyət
  • Riyazi bacarıq
  • Yüksək məntiq
  • Yüksək motivasiya

Müəllimlər və Sillabus haqqında ətraflı məlumat üçün “Dərs Proqramı” bölməsinə keçid alın.

Müraciət et