Riyaziyyatda məsələləri və ya elə gündəlik həyatda hər hansı problemi həll edərkən bizə çoxlu qarışıq datalar verilir. Bu verilənləri daha rahat görmək üçün onları cızma-qara şəklində beynimizdə və ya kağızda təsvir edirik. Box plot da elə buna xidmət edən düzbucaqlı qrafikdir. Lakin o bunu əl ilə çəkdiyimiz qrafiklərdən daha dəqiq və professional şəkildə edir.

Box plot müxtəlif qruplar şəklində olan datanı toplayıb onu vizual olaraq təsvir edir. Dot plot və ya digər alətlərdən fərqli olaraq box plotda məlumatlar ümumiləşdirilib düzbucaqlı içərisində göstərilmir, onlar elə düzbucaqlı qutular şəklində təsvir edilir. Gəlin box plot qurarkən istifadə edəcəyimiz terminlərə nəzər yetirək:

Median (Q2)- Datalar toplusunun orta dəyəri;

1-ci Kvartil (Q1)- Data setdə ən kiçik rəqəm ilə medianın arasındakı orta rəqəm;

3-cü Kvartil (Q3)- Data setdə ən böyük rəqəm ilə medianın arasındakı orta rəqəm;

Xətlər- (mavi ilə göstərilib);

Autlayerlər (outliers)- (yaşıl nöqtələr şəklində göstərilib);

Maksimum- W3 = Q3 + 1.5*(Q3-Q1)

Minimum- W1 = Q1-1.5*(Q3-Q1) 

Ortada yerləşən düzbucaqlıda dataların 50%-i təsvir olunur, aşağıda və yuxarıda yerləşən düzbucaqlılarda isə datanın 25%-i göstərilir. 50% dataların təsvir olunduğu düzbucaqlı qutunun içərisindəki xətt dataların medianını göstərir. Mediandan böyük olan 50% data ondan yuxarıda, kiçik olan 50% data isə ondan aşağıda təsvir edilir. Əgər data nöqtələri düzbucaqlı qutuya yaxındırsa, düzbucaqlının aşağısından minimum dəyərə qədər xətt çəkilir. Yox əgər data nöqtələri düzbucaqlı qutudan çox uzaqda yerləşirsə(qutunun sahəsindən 1,5 dəfə çox), onda xətlər qutunun sahəsinin 1,5 dəfə artığına qədər olan dataları əhatə edir. Çox uzaqda yerləşən datalar ulduzlar (şəkildə dairə olaraq göstərilib) şəklində təsvir olunur. Ulduzlar data setində autlayerlərin olduğunu göstərir. Eyni qaydada düzbucaqlı qutunun yuxarısından maksimum dəyərə və ya qutunun sahəsinin 1,5 dəfə artığını əhatə edən datalara qədər xətlər çəkilir.

İndi isə gəlin box plotun necə qurulması haqqında danışaq:

  • Verilən data setində 1-ci kvartil (Q1), median (Q2) və 3-cü (Q3) kvartili təyin edin;
  • 1-ci və 3-cü kvartillərin arasında düzbucaqlı qutu çəkin, düzbucaqlının ortasından xətt çəkməklə medianı göstərin. Əgər tələb olunursa, burada dairə çəkərək ortalama dəyəri də təsvir edə bilərsiniz;
  • Xətlər çəkmək üçün maksimum və minimum nöqtələri təyin edin. Maksimum dəyəri tapmaq üçün: W3 = Q3 + 1.5*(Q3-Q1), minimum dəyəri tapmaq üçün W1 = Q1-1.5*(Q3-Q1) bu düsturlardan istifadə edə bilərsiniz;
  • Düzbucaqlı qutudan kənarda qalan datalar W1-dən azdırsa, qutunun aşağısından minimum dəyərə qədər xətt çəkin. Əks halda Q1 və W1-in arasında olan dataları əhatə edən xətt çəkin. W1-dən aşağıda olan datalar ulduzlar şəklində göstərilir (*);
  • Eyni proseduru düzbucaqlı qutunun yuxarısı üçün tətbiq edin.

Təbriklər artıq box plotunuz hazırdır! Elə indi istədiyiniz bir data setini daxil edərək onu sınaqdan keçirə bilərsiniz.

Oxuduğunuz üçün təşəkkürlər!

 

Box plot tərtib etmək üçün ən rahat vasitələr: 

https://blog.bioturing.com/2020/09/18/6-best-box-and-whisker-plot-makers/