Verilənlər bazası, ümumiyyətlə kompüter sistemində elektron şəkildə saxlanılan məlumatların toplusudur və bu məlumatlar DBMS(Database Management Systems) tərəfindən idarə olunur. Verilənlər bazasının müxtəlif növləri var. Bura daxildir -Relational Databases, Obect-oriented databases, Distributed databases və s.
Hər dəqiqə milyonlarla data əldə edilir. Bütün bu məlumatlar verilənlər bazasında saxlanıldıqdan sonra mütəxəssislər bu məlumatları təhlil etmək üçün SQL- dən istifadə edirlər. SQL(Stuctured Query Language) əlaqəli verilənlər bazasını idarə etmək üçün sorğu dilidir. Bura verilənlər bazası yaratmaq, sətirlər əlavə etmək, silmək və s bunlar daxildir. Əlaqəli verilənlər bazasında, datalar arasındakı əlaqələr cədvəllər vasitəsi ilə ifadə edilir. MySQL, MS Access, Oracle,SQL Server və s. kimi bütün Əlaqəli Verilənlər Bazası (RDMS) standart dil olaraq SQL -dən istifadə edir.
Verilənlər bazası ilə əlaqə qurmaq üçün SQL əmrlərindən istifadə olunur. Bu əmrlər bir neçə qrupa bölünür.
Data Definition Language(DDL)- verilənlər bazası quruluşunu və ya cədvəlini təyin etmək üçün istifadə olunur
- Create
- Drop
- Alter
- Truncate
Data Manipulation Language(DML)- Verilənlər bazasında məlumatları idarə etmək üçün istifadə olunur.
- İnsert
- Update
- Delete
- Select
Data Control Language(DCL)- əmrləri hər hansı bir verilənlər bazası istifadəçisindən səlahiyyət vermək və geri almaq üçün istifadə olunur.
- Grant
- Revoke
Transaction Control Language(TCL)- əmrləri verilənlər bazası daxilindəki əməliyyatlarla məşğul olur.
- Commit
- Rollback
- Savepoint
Əksər şirkətlər SQL bilikli birinə ehtiyac duyur. SQL əsaslı vəzifələr üçün maaşlar iş növündən və təcrübəsindən asılı olaraq dəyişir. SQL bacarıqları tələb edən bəzi vəzifələr bunlardır:
Database administrator(DBA)- məlumatların düzgün və səmərəli şəkildə saxlanılmasını və idarə olunmasını təmin etməkdə ixtisaslaşmış biridir. Məlumat təhlükəsizliyini və bütövlüyünü qorumaqdan məsuldurlar. DBA-lar RDBMS haqqında yaxşı bilik və təcrübəyə malik olmalıdırlar.
Database Developers- verilənlər bazası idarəetmə sistemlərinin (DBMS) kütləvi miqdarda məlumatı idarə etməsini təmin edir. Verilənlər bazasını dəyişdirmək, redaktə etmək, yeni verilənlər bazalarının hazırlanması və
problemlərinin aradan qaldırılması kimi öhdəlikləri var.
Data Analyst-verilənlər bazasında saxlanan məlumatlara daxil olmaq, oxumaq, analiz etmək və qərar vermə prosesini idarə etmək, faydalı fikirlər irəli sürmək üçün SQL-dən istifadə edə bilər.
Məqalə üçün heç bir rəy tapılmadı.