Tətbiq et ki, qazanasan.

“Data Science”, “Data Analytics” sahələrini biznesinizə inteqrasiya edərək həm produktivlik və səmərəliliyin artımına, həm də biznesinizin böyüməsinə nail ola bilərsiniz.

Müraciət et
img-fluid
Recommendation System

“Netflix”, “Amazon”, “Trendyol” kimi böyük şirkətlərin də istifadə etdiyi texnologiyalardan biri olan "Recommendation System" (məsləhət sistemi) bir Süni İntellekt həlli olub istifadəçilərin davranışına və seçimlərinə əsasən həmin müştərilərin seçə biləcəyi digər xidmət və məhsulları təklif edir. Bu, məhsulu düzgün hədəfləmə sayəsində potensial müştərilərə çıxarmaq üçün əvəzedilməz bir üsuldur. Uğurlu "Recommendation System" daha çox satış və daha çox qazanc deməkdir.

Müraciət et

Recruitment

Hazırda bir sıra prestijli və böyük şirkətlərdə işə qəbul prosesi Süni İntellekt sayəsində sistemləşdirilir. Dövrümüzdə həm bizneslər, həm də insanlar üçün ən önəmli məfhumun vaxt olduğunu nəzərə aldıqda bu tip sistemlərin tətbiq olunması şirkətlər üçün çox böyük üstünlükdür. Ölkəmizdə də İnsan Resursları departamentinin işə qəbul zamanı ən çox vaxt sərf etdiyi hissə məhz namizədlərin rezümelərinin yoxlanılması və nəzərdən keçirilərək növbəti mərhələlərə seçilməsidir.

Müraciət et
img-fluid

img-fluid
Səsin mətnə çevrilməsi

Hazırda bir sıra şirkətlər müştərilərin sorğularını və şikayətlərini məhz çarğı mərkəzləri vasitəsilə qəbul edir. Lakin operatorlar bu sualları cavablandırdıqdan sonra bu dataların yazılı dəqiq qeydi aparıla bilmədiyi üçün şirkət müştərilərdən gələn məlumatları analiz edə bilmir. Bu isə müştəri davranışlarına uyğun şəkildə formalaşdırılmış düzgün strategiyanın qurulmasına mane olur. Həmin danışıqları mətnə çevrirərək analiz edilə və şirkət üçün uyğun strategiyalar formalaşdırıla bilir. Həmçinin, səsin mətnə çevrilməsi sistemi başqa bir çox yerlərdə də istifadə olunur.

Müraciət et

“Chatbot” sistemi

Sosial media platformalarının günümüzdə qazandığı populyarlıq bizneslərin müştəri sorğularının 98%-ni məhz bu tipli şəbəkələr üzərindən almasına səbəb olur, bu halda innovativ həll kimi “chatbot”-ların istifadəsi biznesin inkişaf və səmərəliliyi baxımından çox böyük rola sahibdir.

Müraciət et
img-fluid

img-fluid
Tələbə Məlumat Sistemi

Təlim mərkəzlərinin ən böyük boşluqlarından biri də məhz mərkəzləşdirilmiş Tələbə Məlumat Sisteminin olmamasıdır. Uğurlu TMS qurulması müəllimlərin işini sistemləşdirərək tələbələrin məmnuniyyətini artırır. Həmçinin, bu sistemin tətbiqi sayəsində sistemin avtomatlaşdırılması və sadələşməsi cəmiyyət tərəfindən şirkətin reputasiyasının artmasına da səbəb olur. Tələbə Məlumat Sistemini öz biznesinizə inteqrasiya edərək uzun danışıqlar yerinə sabit platforma üzərindən bütün təlim prosedurlarının idarə edə bilərsiniz.

Müraciət et

Müraciət et

Korporativ əlaqələr üçün sorğu və müraciətlərinizi form üzərindən bizə göndərə bilərsiniz. Müraciətləriniz tərəfimizdən dəyərləndiriləcəkdir. Aşağıda qeyd edilmiş innovativ həllər ilə yanaşı mütəxəssis heyətimizin sizin komanda və biznesinizin ehtiyacına uyğun formada korporativ həllər də dizayn etməsi mümkündür. Bu xidmətdən yararlanmaq üçün əlaqə bölməsindən bizə müraciət edə bilərsiniz. Bizi seçdiyiniz üçün təşəkkür edirik!

info@datacity.az
+994 70 276 20 10
Atatürk pr. 89A