Data

Bir sıra Data mütəxəssislərinə görə vizualizasiya olmadan Data Analitikasının heç bir əhəmiyyəti yoxdur. Datanı sürətli və təsirli bir şəkildə çatdırmaq üçün vizual məlumatlardan istifadə edən  bu sahə şirkətlərə hansı sferaların təkmilləşdirilməli olduğunu, müştəri məmnuniyyətinə və narazılığına hansı amillərin təsir etdiyi kimi məsələləri  müəyyən etməkdə kömək edir. Bu podkastımızda həmsöhbətimiz Bahar Mahmudlu Data Analitika sahəsində olan təcrübəsindən danışır. Bahar xanım hazırda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Data Analitik mütəxəssis kimi fəaliyyət göstərir. Podkastda Data Vizualizasiyası haqqında sosial media qruplarında tez-tez verilən suallara cavab verməklə yanaşı, Bahar xanım bu sahəyə yeni başlayanlar üçün məsləhətlərini də bizimlə bölüşdü. 

Xoş dinləmələr! 🤩

Vizuallaşdırma
25 Avqust 2021