Ümumi Məlumat:

4 ay müddətində davam edən “Data Analitytics Bootcamp” proqramı “SQL”, “Power BI”, “Python” olmaqla 3 moduldan ibarətdir. Qlobal standartlar əsasında tərtib edilmiş dərs proqramımız həm Azərbaycanda, həm də bir sıra xarici prestijli şirkətlərdə təcrübəyə sahib peşəkar mütəxəssislər tərəfindən tədris edilir.Bununla yanaşı, tələbələri hazırda real bazarda tətbiq edilən layihələrlə tanış etmək üçün sillabus hər modulun sonunda müvafiq olaraq dizayn edilmiş final proyeklər olacaq şəkildə formalaşdırılmışdır. Əlavə olaraq, “Data Analytics Bootcamp” proqramını uğurla tamamlayan məzunlarımız Karyera təlimindən ödənişsiz formada yararlanmaq şansı qazanıraraq tərəfimizdən edilən bir sıra karyera yönləndirməsi və referanslar sayəsində işlə təmin olunur.

Modullar:

Modul “Python” proqramlaşdırma dili ilə datanın oxunması, vizuallaşdırılması, təmizlənməsi və analiz olunması kimi “Data Science” və “Machine Learning” üçün lazım olan bütün mövzuları əhatə edir.

Modulda data baza sistemi ilə işləmək: data bazaların yaradılması, data bazada milyonlarla datanın təmizlənməsi, dataların seçilməsi və yönləndirilməsi tədris edilir. Modul sonunda tələbələr “Microsoft SQL Server” ilə işləməyə tam şəkildə yiyələnmiş olurlar.

Modulda “Power BI” vasitəsilə dataları düzgün şəkildə vizual təsvir etmək, müxtəlif “dashboard”-lar yaratmaq, analizlər edərək datanı dəyişmək və modelləşdirmək tədris olunur.
  • Həftədə 3 dəfə
  • 72,0 Saat
  • Orta
  • 270 AZN/ay (Onlayn)
  • 360 AZN/ay (Ənənəvi)