Ümumi Məlumat:
Marketinq və Satış Analitikası 2 ay müddətində davam edərək 6 moduldan ibarət olan dərs prosesinə sahibdir. Təlimimizdə tələbələr “Machine learning” ilə müştəri seqmentasiyasının müəyyənləşdirilməsi, müştəri dəyərinin formalaşdırılması, müştəri məmnuniyyəti və loyallıq araşdırmasını, marketinq və satış proqnozlarının verilməsi, rekommendasiya sistemlərinin qurulması, satışların artırılması üçün müvafiq analiz metodlarına tam şəkildə yiyələnirlər.
Modullar:
Bu modulda Marketinq və Satış Analitikası üçün zəruri hesab olunacaq səviyyədə R proqramlaşdırma dilinin Marketinq və Satış Analitikasına tətbiqi tədris edilir. Modul “basic arithmetic and data types”, “operation in vectors, matrix & data frames” kimi mövzulardan ibarətdir.
Modul boyu Marketinq Analitikası üçün önəmli hesab olunacaq dərəcədə “SQL” data baza serveri tədris edilir. Modulda “subqueries”, “window functions in MySql: row_number, rank, dense_rank, ntile, lag, lead functions” kimi mövzular tədris edilir.
Marketinq və Satış Analitikasında tətbiq edilən “BI” alətlərindən olan “Tableau” modul boyunca sahə üzrə tətbiq edilən səviyyədə tədris edilir. Modul “creation of new calculations, dashboards, stories, and some design techniques” kimi mövzulardan ibarətdir.
Modul boyu Statistika müvafiq sahə üçün mühüm hesab olunacaq şəkildə orta səviyyədə tədris olunur. Modul “Correlation & regression”, “Pearson Correlation”, “Kendall Rank Correlation kimi mövzuları əhatə edir.
Bu modul təlimin əsas fokusunu təşkil edərək “Predictive Modelling (Supervised Learning)”,
“Logistic Regression”, “Decision Tree”, “Randomforest” kimi mövzularla yanaşı rekommendasiya sistemlərinin qurulması, marketinq və satış proqnozlarının verilməsi kimi sahələri də əhatə edir.
Modul CRM Analitakasının tam şəkildə mənimsəniləcək formada dizayn edilmiş modul satışların artırılması üçün müvafiq analiz metodlarından ibarətdir.
- Həftədə 3 dəfə
- 48,0 Saat
- Orta
- 250 AZN/ay (Onlayn)
- 350 AZN/ay (Ənənəvi)