Ümumi Məlumat:

Təlimdə  “Power BI” vasitəsilə dataları düzgün şəkildə vizual təsvir etmək, müxtəlif “dashboard”-lar yaratmaq, analizlər edərək datanı dəyişmək və modelləşdirmək  həm praktiki, həm də nəzəri cəhətdən tədris edilir. 7 moduldan ibarət olan təlim sayəsində tələbələr vizuallaşdırma alətlərindən biri olan “Power BI”-a tam şəkildə yiyələnirlər.

Modullar:

Bu modul “Power BI” və ümumi “BI” alətləri ilə tanışlıq məqsədi daşıyaraq “Data mənbələrinin çəkilməsi ilə bağlı ilkin anlayışlar” kimi mövzulardan ibarətdir.

Modul boyu datanın effektiv şəkildə “Power Query”-yə çəkilməsi, data tiplərinin müəyyən olunması, sətir və sütunların təmizlənməsi və sütun adlarında düzəlişlərin aparılması kimi mövzular tədris edilir.

Əsasən, Data modelləşdirməsinin tədris olunduğu bu modul “Power Query”-də data modelin qurulması, “active və inactive relationship” kimi mövzulardan ibarətdir.

Modul boyu “measures”, “calculated columns”, “calculated tables”, “RLS” kimi mövzular tədris edilərək təlbələrin DAX-a tam şəkildə yiyələnməsi təmin edilir.

Bu modulda vizualizasiyanın təməllərindən “dashboard”-un interaktivliyinə qədər olan bütün mövzular həm praktiki, həm də nəzəri formada peşəkar şəkildə tədris olunur.

Bu modul “Power BI Online Service” haqqında ümumi məlumat, proqram və “workspace”-lər haqqındadır.

Modul praktiki əhəmiyyət daşıyaraq hazırda bazarda tətbiq edilən real layihələrin tətbiqindən ibarətdir.
  • Həftədə 2 dəfə
  • 24,0 Saat
  • Orta
  • 240 AZN/ay (Onlayn)
  • 280 AZN/ay (Ənənəvi)